Əli Yerlikaya: Aksiyalar zamanı 43 təxribatçı saxlanılıb
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında İstanbulda, Saraçanedəki nümayişlər zamanı 43 təxribatçının saxlanıldığını açıqlayıb.

Bu barədə Meqale.com ”Haber Global”a istinadən xəbər verir.
"Polislərimiz 43 təxribatçını yaxalayaraq saxlayıb. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam edir", - nazir bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun isə bəzi şəxslərin aksiyada dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı və ailəsini aşağılamasını qətiyyətlə pisləyib. O, qeyd edib ki, bu təhqirlərə yol verənlər layiqli cəzalarını alacaqlar.