Əlləri tez-tez sabunla yumayın!
Bəzi valideynlərin evdə ultra-gigiyena qaydalarına riayət etmək meyli uşaqlarının sağlamlığı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Antibakterial sabunlarla onların ürək-damar xəstəlikləri və nəticədə erkən ölüm riski əhəmiyyətli dərəcədə artacaq.
meqale.com Medicina.az-a istinadən xəbər verir ki, Çikaqoda Şimal-Qərb Universitetinin alimləri belə nəticəyə gəliblər.
Alimlər hesab edirlər ki, antibakterial sabunun çox tez-tez istifadəsi ürək-damar xəstəliklərinin xəbərçisi olan C-reaktiv zülalın səviyyəsinin artmasına gətirib çıxarır.
Bu, iltihab zamanı toxuma zədələnməsinin əsas göstəricilərindən biridir. Uşağın otağı, evi nə qədər təmiz olsa, yetkinlik dövründə iltihablı proseslərin inkişaf riski bir o qədər yüksəkdir.
Uşağın immuniteti güclənmək üçün mikroblarla təmasda olmalıdır. Uzun əsrlər boyu bəşəriyyət, yumşaq desək, çox da gigiyenik deyildi. Sterillik gündəlik həyatımıza yenicə daxil olub və orqanizmlər hələ yeni reallığa uyğunlaşmayıb.