Eltac Səfərli Voyvodinada lider mövqeyində

Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.

Eltac Səfərli Voyvodinada lider mövqeyində
Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.

Yerli şahmatçı Nikola Sedlak eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turda hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.