Elvindən iddialı açıqlama
Müğənni Elvin Abdullatev yeni layihə üzərində işləyir.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni bəstə hazırladığını bildirib. O qeyd edib ki, artıq bir aya yaxındır ki, layihə üzərində işləyir:
"Aranjimanı özüm edirəm. 1 aydır iş gedir. Mahnıya çox əmək sərf etmişəm. İnanıram ki, bu yayın hiti olacaq".
Yeni ifasında kiçik hissə paylaşan Elvin yaxın günlərdə mahnını izləyicilərinə təqdim edəcəyini vurğulayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun