Elxan Cəfərova vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə müşavir təyinatı olub.

Elxan Cəfərova vəzifə verildi
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyinə müşavir təyinatı olub.

meqale.com xəbər verir ki, müvafiq əmr ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının nəzdində yeni yaradılan "Yuğ" teatr-studiyasında aktyor kimi fəaliyyətə başlayıb. 1995-1997-ci illərdə Azərbaycan Televiziyasında nəzdindəki "Proloq" studiyasının bədii rəhbəri olub.