Elxan Səmədovla Aslan Şahgəldiyev Türkiyəyə aparılıb? - AÇIQLAMA

14:33 Ağdamda PFL-in (Peşəkar Futbol Liqası) rəhbər şəxslərin ol​duğu mikroavtobusun maneəyə çırpılması nəticəsində ağır qəza hadisəsi barədə məlumat vermişdik.

meqale.com Trend-ə istinadən xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin Türkiyəyə aparılması barədə məlumat yayılıb.

Trend məsələ ilə bağlı A.Şahgəldiyevin yaxınları ilə əlaqə saxlayıb. Yaxınlarının saytımıza bildirdiyinə görə, onlar Türkiyəyə aparılmayıb. Onlar paytaxtdakı özəl xəstəxanaların birinə yerləşdiriliblər. Qeyd olunub ki, artıq əməliyyata götürülüblər.

---------- 13:28 Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.

PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.