Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi - FOTO
Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
meqale.com xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. Artıq 10 gündür ki, hospitalda müalicə alan sənətkarın vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.
Yaxınlarının verdiyi məlumata görə, Vahid Əliyevin səhhəti həkim nəzarəti altındadır və müalicə prosesi davam edir.