Əmisioğlunu bıçaqlayıb özünə xəsarət yetirdi
Qubada bıçaqlanma hadisəsi baş verib.
meqale.com bizim.media-ya istinadən bildriir ki, hadisə Quba rayonunun Qaraçay kəndində baş verib.
Quba sakini 31 yaşlı Abdullayev Elçin Natiq oğlu əmisi oğlu olan həmyaşıdı Abdullayev Murad Zöhrab oğlunu əvvəlcə avtomobili ilə vurub, daha sonra isə ona bir neçə bıçaq zərbəsi endirib. Elçin Abdullayev bundan sonra özunü də bıçaqlayıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.