Olimpiya çempionu olan idmançı vəfat etdi
Çəkic atma növü üzrə Olimpiya çempionu, tanınmış ukraynalı yüngül atlet və məşqçi Anatoli Bondarçuk dünyasını dəyişib.
meqale.com-ın xarici mediaya istinadən verdiyi məlumata görə, uzun illər Kanadada yaşayan sabiq idmançı 85 yaşında vəfat edib.
Anatoli Bondarçuk 1972-ci ildə Münhendə keçirilən Yay Olimpiya Oyunlarında 75,50 metr nəticə göstərərək Olimpiya rekordunu qırıb və qızıl medal qazanıb. O, karyerası ərzində həmçinin 1969-cu ilin Avropa çempionu olub və dörd dəfə SSRİ çempionluğunu əldə edib.
Bondarçukun vəfatı atletika dünyasında böyük itki kimi dəyərləndirilir.