"Yoqa və Harmoniya" qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub

"Yoqa və Harmoniya" qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

"Yoqa və Harmoniya" qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.

meqale.com xəbər verir ki, tədbir zamanı layihənin məqsədləri, fəaliyyət istiqamətləri və icra mexanizmi iştirakçılara ətraflı şəkildə təqdim olunub.

Layihə çərçivəsində ibtidai sinif şagirdlərinin fiziki sağlamlığının möhkəmləndirilməsi, emosional tarazlığın qorunması, diqqət və konsentrasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusi hazırlanmış yoqa və harmoniya əsaslı proqramın tətbiqi nəzərdə tutulur. Proqram çərçivəsində uşaqlar üçün yaş xüsusiyyətlərinə uyğun fiziki elastiklik, balans, nəfəs məşğələləri həyata keçiriləcək, stressin azaldılması və ümumi psixoemosional rifahın artırılması istiqamətində praktiki fəaliyyətlər təşkil olunacaq.

Xatırladaq ki, "Yoqa və Harmoniya" qrant layihəsi Abbasova Lamiyə İsa qızı tərəfindən Yasamal rayon İ. İbrahimov adına 167 saylı tam orta məktəbdə həyata keçirilir. Layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində sağlam həyat tərzinin formalaşdırılması, fiziki və emosional harmoniyanın təmin edilməsi və təlim prosesində uşaqların rifah səviyyəsinin yüksəldilməsidir.