Ən etibarlı işlənmiş avtomobillər hansılardır?
"iSeeCars" avtomobil portalı beş ildən çox işlənmiş avtomobillər arasında ən yaxşıların siyahısını açıqlayıb.
meqale.com oxuya istinadən xəbər verir ki, portalın araşdırmasına görə, 11.8 il proqnozlaşdırılan istifadə dövrü ilə birinci yerdə "Honda Fit" avtomobilidir.
Siyahıda ikinci yeri 9.6 il gözlənilən istifadə müddəti ilə "Volkswagen Passat" tutur. Onun ardınca ekspertlərin təqribən 8.8 il ərzində sahibinə xidmət edəcəyini proqnozlaşdırdığı "Buick Encore" gəlir.