Ən ucuz elektromobillər: 3 mindən 600 minə..

2025-ci ilin yanvar ayında Azərbaycana 6 mln. 588.14 min ABŞ dolları dəyərində 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. 

Ən ucuz elektromobillər: 3 mindən 600 minə..
2025-ci ilin yanvar ayında Azərbaycana 6 mln. 588.14 min ABŞ dolları dəyərində 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. 

meqale.com xəbər verir ki, idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri təxminən 80 574 manat olub. 

Məlumata əsasən idxalın əsas hissəsi Çin, ABŞ və Almaniyadan təmin olunub. Belə ki, cari ilin ilk ayında Çindən 75 ədəd, ABŞ-dən 32 ədəd, Almaniyadan isə 25 ədəd elektromobil idxal olunub. 

Koreya Respublikası və Yaponiyanın hər birindən 2 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Türkiyə və Avstriyanın hər birindən 1 ədəd idxal həyata keçirilib. 

Qeyd edək ki, Çindən idxal olunan avtomobillərin 1 ədədinin gömrük dəyəri təxminən 50 611 manat, ABŞ və Almaniyadan idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri müvafiq olaraq 28 871 manat və 216 827 manat olub. 

Koreya Respublikasından gətirilənin 1 ədədi 33 150 manata, Yaponiyadan gətirilənin 1 ədədi isə 31 365 manata başa gəlib. 

Yuxarıda qeyd olunduğu kimi hər birindən 1 ədəd olmaqla Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 672 384 manata, Türkiyədən 3468 manata və Avstriyadan isə 254 473 manata elektromobil idxalı olub.

Sözügedən dövrdə Azərbaycandan ixrac isə Belarus (6 ədəd), BƏƏ (1 ədəd) və Gürcüstana (2 ədəd) olub. Belə ki, Belarusa ixrac olunanın 1 ədədi 79 333 manat, Gürcüstana ixracın 1 ədədi 76 500 manat olub. 

BƏƏ-yə ixrac olunan 1 avtomobil isə qarşı tərəfə 281 962 manata başa gəlib.//valyuta.az