Ər-Riyaddan Təl-Əvivə: Bunlara əməl et, razılaşaq...
Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması üçün Fələstin dövlətinin yaradılmasını tələb edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.
"Səudiyyə Ərəbistanı açıq şəkildə bildirdi ki, İsraillə normallaşma prosesi üçün onun iki tələbi var: Qəzza zolağında sakitlik və Fələstin dövlətinin yaradılması yolu üzrə işlərin aparılması", - Miller qeyd edib.
Qeyd edək ki, bundan öncə "Elaf" nəşri bu təklifi ABŞ-ın verdiyini, İsrail baş nazirinin isə imtina etdiyini yazmışdı.