Ərdoğan 6 ildən sonra Ağ Evdə – Tramp şəxsən qarşıladı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə 6 ildən sonra ilk dəfə görüşmək üçün Ağ Evə gəlib. Tramp, Ərdoğanı şəxsən qapıda qarşılayıb. Görüş öncəsi hər iki lider jurnalistlərə açıqlama verib.

Tramp açıqlamasında Türkiyə ilə F-16 və F-35 mövzularını müzakirə edəcəklərini deyib:

"Prezident Ərdoğana böyük hörmətim var. Onu burada qəbul etmək böyük şərəfdir. Əgər görüş məhsuldar keçsə, Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarını aradan qaldıra bilərik."

Ərdoğan isə görüşün BMT Baş Assambleyası ilə eyni vaxta təsadüf etməsindən məmnun olduğunu bildirib:

"F-35, F-16 və Halkbank məsələləri də daxil olmaqla bütün mövzuları ətraflı müzakirə edəcəyik. Heybəliada Ruhban Məktəbi ilə bağlı da üzərimizə düşəni etməyə hazırıq."

Görüşdə əsas müzakirə ediləcək 6 başlıq belədir:

F-35 qırıcılarının satışı

Suriyada YPG-nin silah buraxması

Suriya-İsrail təhlükəsizlik razılaşması

Qəzzədə atəşkəs

Rusiya-Ukrayna müharibəsi

İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması

Qəzza və Rusiya-Ukrayna müharibəsi əsas gündəmdə

Ərdoğan görüşdə İsrailin Qəzzədə törətdiyi hücumların dayandırılması və humanitar yardımın bölgəyə çatdırılması mövzusunu ön plana çıxaracaq. Bundan əlavə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı İstanbul danışıqları və barış səyləri də müzakirə ediləcək.