Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik
Türkiyə və Azərbaycan birtərəfli və qərəzli kənar müdaxilələrin və regionun geosiyasi fikir ayrılıqları zonasına çevrilməsinin qarşısını almaq üçün sıx əməkdaşlığı davam etdirəcək.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycana hər sahədə dəstəyini davam etdirəcək.