Ərdoğan bu körpəyə görə kortejini dayandırdı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində 350 000-ci deprem konutunun açılış mərasimində olduğu zaman duyğusal anlar yaşanıb.

Ərdoğan bu körpəyə görə kortejini dayandırdı - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində 350 000-ci deprem konutunun açılış mərasimində olduğu zaman duyğusal anlar yaşanıb.

meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, yol boyu vətəndaşları salamlayan prezident, sevgi dolu izdiham arasında ailəsinin qucağında 4 aylıq körpəni görüb və kortejini dayandırmaq qərarı verib. 

Körpənin adı Muhammet Fatih Karanfil olub. Ərdoğan uşağı qucağına alaraq sevib və ona dəyərli bir hədiyyə təqdim edib. Ölkı rəhbəri  zərgər üslubunda qızıl pul bağışlayıb. 

Prezident həmçinin ətrafdakı uşaqlara oyuncaq paylayaraq onların sevincinə ortaq olub. 

Maraqlı məqamlardan biri də o olub ki, Ərdoğan körpənin anasını yaxınlığa çağıraraq soruşub: "Bu, neçənci uşağınızdır?" Ana "5-ci" cavabını verib. Bunun üzərinə dövlət başçısı ailəni təbrik edib. Bu jest Türkiyə mediasında geniş maraq doğurub.