Ərdoğan Putinlə nə danışdı?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
meqale.com xəbər verir ki, Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Rabitə Müdirliyinin sosial media hesabında yayılan açıqlamada "Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Görüşdə Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, Rusiya ilə Ukrayna arasındakı müharibə, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsini sonlandırmaq üçün səylərini davam etdirəcəyini bildirib" .