"Ərdoğan ilk dəfədir ki, müxalifət qarşısında belə bir məğlubiyyət alır"

Son 21 ildə ilk dəfə olaraq Türkiyə müxalifəti seçkilərdə inamlı qələbə qazanıb. 

Son 21 ildə ilk dəfə olaraq Türkiyə müxalifəti seçkilərdə inamlı qələbə qazanıb. 

meqale.com xəbər verir ki, səslərin 99,59%-i sayılıb.

CHP 37,73%, AKP isə 35,51% səs yığıb.

Müxalifət 81 bölgədən 35-də qalib gəlib. AKP isə 24 bölgədə üstün olub.

5 böyük şəhərdə - İstanbul, Ankara, İzmir, Bursa, Adanada CHP aşkar qələbə qazanıb.

Ərdoğan seçkidə istənilən nəticəni əldə edə bilmədiklərini etiraf edib.

"Financial Times" seçki xəbərinə belə bir başlıq verib:

"Ərdoğan hakimiyyətə gələn gündən bəri ilk dəfədir ki, müxalifət qarşısında belə bir məğlubiyyət alır".