Ərdoğandan atəşkəslə bağlı açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və Həmas arasında atəşkəsə dair danışıqlarda razılaşmaya nail olunmasını alqışlayıb.
meqale.com xəbər verir ki, Ərdoğan, sosial media platforması X-də "Türkiyə olaraq zülmə və zalıma qarşı mübarizələrində fələstinli qardaşlarımızı bir an belə yalnız buraxmadıq. İnşallah bundan sonra da Qəzza xalqının yanında olacaq, Qəzzanın yaralarını sarmaq və yenidən ayağa qalxması üçün bütün imkanlarımızı səfərbər edəcəyik." deyib.
Türkiyə lideri razılaşmanının Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağına, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib.
"Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək", - Ərdoğan vurğulayb.