Ərəblərin Neymara xərclədiyi sərvət: 25 otaqlı malikanə, bahalı avtomobillər... - FOTOLAR
"Əl Hilal" klubuna keçid edən Neymarın bu transfer sayəsində əldə edəcəyi sərvət bəlli olub.
meqale.com Offsideplus.az-a istinadən xəbər verir ki, Neymar Səudiyyə Ərəbistanı klubu ilə bağladığı iki illik müqavilə qarşılığında aşağıdakıları qazanacaq:
Üzgüçülük hovuzu, 3 saunası, 5 qulluqçusu olan 25 otaqlı malikanə; "Bentley Continental GT", "Aston Martin DBX", "Lamborghini Huracán"; 24 saat çalışan sürücü; Hotellər, restoranlardakı hesabın qarşılanması, istirahət günlərində fərqli xidmətlərin klub tərəfindən ödənilməsi; Neymara səyahətləri üçün özəl təyyarə; Səudiyyə Ərəbistanını sosial şəbəkə hesabında reklam etməsi üçün hər paylaşıma 500 000 avro; İllik 100 milyon avro məvacib.
Qeyd edək ki, Neymar PSJ klubundan "Əl Hilal"a transfer olunub.