Erməni ailəsini qıran əsgər haradadır?

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Valeri Permyakovun harada olması barədə məlumatı olmadığını bildirib.

Erməni ailəsini qıran əsgər haradadır?
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Valeri Permyakovun harada olması barədə məlumatı olmadığını bildirib.

meqale.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

Xatırladaq faciə 2015-ci il yanvarın 12-də baş verib. İttihama görə, Rusiya bazasının əsgəri Valeri Permyakov Avetisyanlar ailəsinin evinə girərək sakinlər Aida Avetisyan, Asmik Avetisyan, Seryoja Avetisyan, Armen Avetisyan, Araksya Poqosyan və kiçik Asmik Avetisyanı güllələyib. Sonra o, balaca Sergey Avetisyana beş zərbə endirib. Uşaq 7 gün sonra xəstəxanada ölüb. Məhkəmə bazanın ərazisində baş tutub. Permyakov ömürlük həbs cəzasına məhkum edilib.