Erməni gülləsinə tuş gəldi, yaralandı - İndi əlillik verilmir - ŞİKAYƏT
Ağcabədi rayon sakini Azər Hacıyevin oğlu Rahim Hacıyev 2018-ci ildə mal otararkən erməni gülləsinə tuş gəlib. Nəticədə ağır yaralanan Rahim Hacıyev xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
meqale.com xəbər verir ki, şəxsin atası deyir ki, güllə riskli yerdə olduğunu görə gülləni çıxartmadılar.
"Əgər güllə çıxarılsa idi o iflic ola bilərdi. 2 azyaşlı övladı olan Rahim Hacıyev hazırda müalicə almaq üçün Rusiyadadır. Atası bildirir ki, oğlunun əlindən hər iş gəlirdi, qaynaqçı işləyirdi. İndi əmək qabiliyyətin itirib deyə alətləri evdə paslanıb, mən də istifadə edə bilmirəm. Daha sonra o yeriyə bilmədiyi üçün Qızıl Ayparanın dəstəyi ilə ona maşın aldıq".
Bəs əmək qabiliyyətini itirən şəxsə əlillik niyə verilmir?