İtən əşyanın sahibi 1 il aşkarlanmasa tapanın olur

Hər bir insan həyatının müəyyən dövründə maddi və ya mənəvi əhəmiyyət daşıyan bir əşyanı ya itirib, ya da təsadüfən tapıb. Belə hallarda ən çox maraq doğuran sual itirilmiş əşyaların sonrakı taleyi və onların hüquqi statusu ilə bağlıdır.

Bəs itmiş əşyaların taleyi necə olur? 

meqale.com xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Vüsal Cəfərovun bildirdiyinə görə, Mülki Məcəllənin 186-cı maddəsi itirilmiş əşyalarla bağlı münasibətləri tənzimləyir. Qanunvericiliyə əsasən, hər hansı şəxs itmiş əşya tapdıqda bu barədə dərhal əşyanın sahibinə, sahib məlum olmadıqda isə hüquq-mühafizə orqanlarına məlumat verməli və tapıntını təhvil verməlidir:

"Əgər tapılan əşya barədə müvafiq qaydada məlumat verildikdən sonra bir il ərzində onun sahibi ortaya çıxmazsa, həmin əşya onu tapan şəxsin mülkiyyətinə keçir. Sahibi sonradan əşyanı geri tələb edərsə, tapıntını tapan şəxs əşyanın dəyərinin 5 faizinə qədər bəxşiş istəmək hüququna malikdir. Bununla yanaşı, əşyanın saxlanılması üçün çəkilmiş xərclərin də ödənilməsi tələb oluna bilər".

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, itən əşyalar adətən vətəndaşlar tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Tapıntılar Bürosuna təqdim olunur. Qeyd olunub ki, əgər sənəd və ya əşyanın sahibi müyyən edilməzsə, tapıntılar bir ay müddətində büroda saxlanılır: "Bu müddət ərzində əşyaların sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər həmin vaxtda heç kim müraciət etməzsə, tapıntılar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir".