Ermənilər Azərbaycanla sərhəd kənddən İrəvana yürüşə başladı

Ermənistanın "Vətən naminə Tavuş" hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Keşiş bildirib ki, Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.