Ermənistan DİN Kamil Zeynallı barədə məlumat yayıb

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Ermənistan DİN Kamil Zeynallı barədə məlumat yayıb
Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

meqale.com lente istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb", - deyə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

ER Daxili İşlər Nazirliyi Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, əslində hansı qətldən söhbət getdiyi açıqlamayıb. Lakin qeyri-rəsmi məlumatlara görə, Zeynallı 44 günlük müharibə zamanı erməni qocanın qətlində ittiham olunur.

Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun