Ermənistan parlamentində terror törədən şəxs qəfil öldü

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan "Nubaraşen" həbsxanasında ölüb.

meqale.com oxuya istinadən xəbər verir ki, onun vəziyyəti anidən kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

A.Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi.