Ermənistan sərhədçiləri bu tarixdən "Zvartnots"da müstəqil xidmətə başlayacaq - YENİLƏNİB
14:38 Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən "Zvartnots" hava limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər.
meqale.com APA-ya istinadən bildirir ki, bunu mətbuat üçün brifinq keçirən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
------------ 13:14 Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsinə toxunub.
meqale.com APA-ya istinadən bildirir ki, Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın "Zvartnots" hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.
"Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər", - Paşinyan qeyd edib.