Ermənistan Xarici İşlər Nazirliyinin girişində qarşıdurma - VİDEO
Ermənistanın paytaxtı İrəvan şəhərində qarşıdurma yaranıb.
meqale.com APA-ya istinadən bildirir ki, İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Hazırda binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.
"Vətən naminə Tavuş" hərəkatının lideri Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.