Ermənistan XİN-dən Təbrizdə konsulluqla bağlı açıqlama
Təbriz şəhərində Ermənistan konsulluğunun açılması ilə bağlı məsələ iki ildir müzakirə olunur.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilir ki, məsələ ilə bağlı Ermənistan XİN-ə müraciət olunub. Qurumdan verilən məlumata görə, hələ ki, Ermənistanın konsulluğunun nə vaxt açılacağı bilinmir.
"Hazırda Təbriz şəhərində açılış üçün hazırlıq işləri görülür", - açıqlamada vurğulanıb.