Ermənistanda aksiya yenidən alovlandı: Saxlanılanlar var - YENİLƏNİB - VİDEO

13:57 İrəvandakı aksiyadan yeni görüntülər yayılıb.

Ermənistanda aksiya yenidən alovlandı: Saxlanılanlar var - YENİLƏNİB - VİDEO
13:57 İrəvandakı aksiyadan yeni görüntülər yayılıb.

Qeyd edək ki, aksiyalarda 151 nəfər saxlanılıb.

--------- 10:44 meqale.com xəbər verir ki, Ermənistan polisi bu gün səhər saatlarından etibarən İrəvan küçələrində keçirilən etiraz aksiyasının 38 iştirakçısını saxlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

-------- 09:56 Bu gün səhər saatlarından etibarən Ermənistanda vətəndaş itaətsizliyi aksiyası başlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə erməni bloqer Mika Badalyan öz "Telegram" kanalında məlumat paylaşıb.

O qeyd edib ki, aksiya "Vətən üçün Tavuş" hərəkatına dəstək məqsədilə həyata keçirilir.

Ermənistan polisi baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarını saxlamağa başlayıb.