Yaponiyada yüzlərlə aviareys təxirə salınıb

Yaponiya aviaşirkətləri yaxınlaşan "Kanun" tufanına görə 264 daxili aviareysi təxirə salıblar.

Yaponiyada yüzlərlə aviareys təxirə salınıb
Yaponiya aviaşirkətləri yaxınlaşan "Kanun" tufanına görə 264 daxili aviareysi təxirə salıblar.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yapon aviaşirkətlərinin yaydığı məlumatlarada bildirilib.

Uçuş cədvəlində dəyişikliklər əsasən turistlər arasında populyar olan Okinava prefekturasından, eləcə də cənub-qərbdəki Kyusu adasındakı Kaqosimadan keçən marşrutlara təsir göstərib.

Meteoroloqların proqnozlarına görə, bu rayonlarda küləyin sürəti 25-40 m/s-ə çata bilər. Güclü yağış da gözlənilir. Yaxın günlərdə orada 100 mm-dən çox yağıntı düşə bilər.