Ermənistanda atışma - Yaralılar var

Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma olub.

Ermənistanda atışma - Yaralılar var
Ermənistanın Kotaysk vilayətində kütləvi dava və atışma olub.

meqale.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Məlumata görə, hadisə dünən yerli vaxtla saat 21:30-da qeydə alınıb. Hoteldə baş verən dava zamanı 1 nəfər odlu silahdan açılan atəşlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Baş verən davada daha iki nəfər də müxtəlif xəsarətlər alıb.

Araşdırma aparılır.