Ermənistanda keçmiş deputat saxlanıldı

Ermənistan parlamentinin keçmiş üzvü Araqas Axoyan saxlanılıb.

Ermənistanda keçmiş deputat saxlanıldı
Ermənistan parlamentinin keçmiş üzvü Araqas Axoyan saxlanılıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, o, sosial şəbəkə səhifəsində zorakılığa çağırışa material yerləşdirib.

Qeyd edək ki, o, 2021-ci il yanvarın 28-də İrəvandakı "Respublika" meydanında baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərdən olub. Onda Axoyan bir neçə nəfərlə birlikdə hökumət binasını ələ keçirməyə cəhd göstərmişdi.

Məlumata görə, 2022-ci ilin aprelində məlum olub ki, Axoyan Ermənistan Cinayət Məcəlləsinin zorakılığa açıq çağırışlar, ictimai əsaslandırma və ya zorakılığın təbliği maddələri ilə ittiham olunub.