Ermənistanda ordunun Baş Qərargahının sabiq rəisinə qarşı cinayət işi açıldı

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Ermənistanda ordunun Baş Qərargahının sabiq rəisinə qarşı cinayət işi açıldı
Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

meqale.com xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.