Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər
Ermənistanın Baş Prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və onunla sıx əlaqədə olan bir neçə nəfərə məxsus əmlakların müsadirə olunması ilə bağlı məhkəməyə müraciət edib.
APA-nın "Sputnik-Armenia"ya istinadən xəbərinə görə, iddia artıq icraata götürülüb.
Bildirilib ki, iddia qəbul olunarsa, həmin şəxslərə məxsus 6 fərqli ünvanda yerləşən daşınmaz əmlaklar, iki ədəd avtomobil və şirkətlərdən birindəki səhm payı dövlətin balansına keçiriləcək.