Ermənistanda vəzifəli şəxs saxlanıldı
Ermənistanda Antikorrupsiya Komitəsi məhkəmə-tibbi elmi-praktiki mərkəzin direktoru Mqer Bişaryanı saxlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə komitə yerli KİV-ə məlumat verib.
Qeyd olunub ki, direktora qarşı Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan iş çərçivəsndə ittiham irəli sürülüb. Komitənin əməkdaşları mərkəzin binasında bir neçə saat işləyiblər.
Əlavə məlumat açıqlanmayıb.