Ermənistanın Baş Prokurorluğunda insident

Ermənistan Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırmağa cəhd edib.

Ermənistanın Baş Prokurorluğunda insident
Ermənistan Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırmağa cəhd edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ev dustağı olan şəxs prokurorla görüşmək istəyib, lakin buna icazə verilməyib. 

"Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb", - deyə prokurorluğun məlumatında deyilir.