Əsədin milyardları - Araşdırma başladı
Suriyada 61 illik BƏƏS rejiminin devrilməsindən sonra Əsəd ailəsinin qaçırdığı pulların axtarışına başlanılıb.
meqale.com xəbər verir ki, Suriyada hakimiyyət sürən 50 illik Əsəd sülaləsinin süqutundan sonra ailənin qaçırdığı milyardlarla dollarlıq nağd pul və əmlak üçün dünya üzrə geniş axtarış başladılıb.
İraqın devrilmiş lideri Səddam Hüseyn və Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin xaricdə gizlətdiyi sərvətləri geri qaytarmaq üçün illərdir davam edən səylərdən sonra indi də Əsədin itkin milyardlarının izi ilə gedilir.