"Estetik, yalnız görünüşü deyil, özünə inamı da dəyişdirir!"

"Estetik müdaxilələr yalnız gözəllik üçün deyil, insanın özünə inamı üçün də önəmlidir".

"Estetik müdaxilələr yalnız gözəllik üçün deyil, insanın özünə inamı üçün də önəmlidir".

Bunu meqale.com-a açıqlamasında "Xətai Estetik" klinikasının icraçı direktoru Əsmər Əliyeva deyib.

Onun sözlərinə görə, estetik sahədə çalışan bir qadın lider olaraq əsas məqsədi gələcək nəsillərə yalnız xarici görünüşə deyil, daxili rahatlığa və özünü dərk etməyə yönəlmiş bir gözəllik anlayışını aşılamaqdır:

"İstəyirəm ki, gənc nəsil estetik prosedurları düşünərkən bu qərarı cəmiyyətin gözləntilərinə uyğun olaraq deyil, tamamilə şəxsi istəklərinə və ehtiyaclarına əsaslanaraq versin. Estetik müdaxilələr birinin xarici görünüşünü dəyişməklə yanaşı, onun psixoloji rahatlığına, özünə inamına da ciddi təsir göstərir".

Əliyeva qeyd edib ki, estetik sahədə gələcəyin peşəkarlarını daha təhsilli, məsuliyyətli və etik davranışlarla yetişdirmək vacibdir:

"Mən gələcək nəsillərin bu sahəyə yalnız istifadəçi kimi deyil, həm də ixtisaslı mütəxəssis kimi yanaşmasını arzulayıram. Estetik təkcə gözəllik deyil, bu həm də bir tibbi yanaşmadır. Hər kəs özünə uyğun olanı düzgün informasiya ilə və tam məsuliyyətlə seçməlidir".

O, əlavə edib ki, estetik prosedurlar heç vaxt insanın özünü qəbul etməsinə əngəl olmamalı, əksinə, onun özünü daha yaxşı hiss etməsinə dəstək olmalıdır:

"Estetik özümüzə olan qayğının bir formasıdır. Əsas məsələ bunu sağlam və balanslı şəkildə etməkdir. Gözəllik standartları dəyişə bilər, amma insanın özünü yaxşı hiss etməsi və özünə inamı daim dəyərlidir".