Estoniyadakı səfirliyimizdə səsvermə prosesində gənclər xüsusilə fəaldır - FOTO
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Estoniyadakı səfirliyində yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 45 saylı məntəqədə səsvermə prosesi davam edir.
Səfirlikdən meqale.com-a bildirilib ki, səhər saatlarından başlayaraq seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur.
İlk dəfə səs verənlər sırasında Tallin şəhərində uzun illərdir yaşayan 77 yaşlı Züleyxa Allahverdiyeva seçici hüququndan istifadəni özünə borc bilərək səfirlikdə yaradılmış məntəqədə səs verib.
İlk dəfə öz seçki hüquqlarından istifadə edən gənclər də xüsusi fəallıqları ilə seçiliblər. Estoniyada ali təhsil almış Lalə Sadıqova sərbəst şəkildə səsvermə hüququndan istifadə etdiyinə görə qürur duyduğunu söyləyib.