ETİHİ-nin növbəti regional görüşü Mingəçevirdə keçirilib - FOTO

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.

meqale.com xəbər verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və komitənin digər məsul əməkdaşları qatılıblar.

Araz Paşayev çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək göstərməyin prioritet olduğunu qeyd edib.

Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər qeydiyyata alınıb.

ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu bildirib.