Soyuq aylardakı kefsizlik günəşə görə imiş - Alimlər isbat etdi

Kant adına Baltik Federal Universitetinin alimləri tələbələr arasında yaz aylarında depressiya və narahatlıq hallarının artmasının əsas səbəbinin vitamin D çatışmazlığı olduğunu müəyyən ediblər.

meqale.com xəbər verir ki, araşdırmaya görə yazda tələbələrdə depressiya və təşviş hallarının sayı payızla müqayisədə iki dəfə çoxdur.

Səbəb isə günəş işığının azalması ilə vitamin D səviyyəsinin kəskin düşməsi sayılır. Tədqiqat göstərib ki, yazda tələbələrin qanında vitamin D-nin miqdarı təxminən iki dəfə azalır. Bu dövrdə tələbələrin 47,9 faizində ciddi çatışmazlıq müşahidə olunub. Payızda isə bu göstərici cəmi 5 faizdir.

Ümumilikdə 194 tələbənin iştirak etdiyi araşdırmada həm vitamin D göstəriciləri, həm də psixoemosional vəziyyət xüsusi testlərlə qiymətləndirilib. Alimlər bildirirlər ki, region səviyyəsində ilk dəfə vitamin D çatışmazlığı ilə mövsümi psixi dəyişikliklər arasında bu qədər aydın əlaqə qeydə alınıb.

Tədqiqatın rəhbəri, tibb üzrə fəlsəfə doktoru, BFU-nun dosenti Andrey Tarasov deyib:

"Vitamin D səviyyəsinin mütəmadi yoxlanması və vaxtında korreksiya edilməsi tələbələrin psixoemosional sağlamlığının qorunmasında mühüm rol oynayır. Optimal vitamin D səviyyəsi depressiya və narahatlıq riskini ciddi şəkildə azaldır".