Evdə doğan qadın buna görə ölübmüş

Xəbər verdiyimiz kimi, Cəlilabadda qadın doğuşdan sonra ölüb.

Evdə doğan qadın buna görə ölübmüş
Xəbər verdiyimiz kimi, Cəlilabadda qadın doğuşdan sonra ölüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) meqale.com-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib.

Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb.

Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb", -TƏBİB-in məlumatında bildirilib.