Evdən qaçan gənc oğlan 13 gündən sonra tapıldı
Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev tapılaraq yaxın qohumlarına təhvil verilib.
Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Bakı şəhərində olduğu yer müəyyən olunub.
O tapılaraq yaxın qohumlarına təhvil verilib.
Qeyd edək ki, Nəsibin valideynləri ayrılandan sonra o, ana babası İbrahim İbrahimovun himayəsində qalıb. Anası isə Türkiyədə ailə qurub və orada yaşayır.