Evə hücum zamanı öldürülən şəxsin qonşusu müsahibə vaxtı ağladı - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insident baş verib.
İlkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
meqale.com Day.Az-a istinadən xəbər verir ki, RTV-yə müsahibə verən öldürülən şəxsin qonşusu onun yaxşı insan olduğunu, dost olduqlarını deyib.
Qonşu müsahibə verərkən ağlayıb.