"Everton" "Fənərbağça"nın hücumçusunu transfer etmək istəyir

"Everton" klubu "Fənərbağça"nın futbolçusu Yusuf En-Nesirini heyətinə qatmaq niyyətindədir.

"Everton" klubu "Fənərbağça"nın futbolçusu Yusuf En-Nesirini heyətinə qatmaq niyyətindədir.

meqale.com oxuya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 28 yaşlı hücumçu üçün sürətli və gözlənilməz bir transfer əməliyyatına başlayıb.

"Fənərbağça" rəhbərliyi futbolçunun həm icarə, həm də daimi transfer variantlarının nəzərdən keçirə biləcəklərini açıqlayıb. Mərakeşli hücumçunun İstanbul klubu ilə 2029-cu ilə qədər müqaviləsi olsa da, tərəflər arasında danışıqların müsbət nəticələnəcəyi ehtimal edilir.