Məşhur hücumçu ABŞ-də oynayacaq
Almaniyanın "Leyptsiq" klubunun hücumçusu Timo Verner karyerasını ABŞ-da davam etdirəcək.
meqale.com xəbər verir ki, məşhur futbol insayderi Fabritsio Romano bu barədə məlumat yayıb.
Romano bildirib ki, 29 yaşlı hücumçu MLS komandası "San-Xose Earthquakes" ilə razılığa gəlib.
Qeyd edək ki, Timo Vernerin Bundesliqa klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər davam edir.