Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ - FOTO

Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ - FOTO
Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

meqale.com lente istinadən bildirir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.

Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib. 

Xatırladaq ki, B.Sulxayev 2 uşaq atası imiş. 

Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.

---------

Zaqatalada bədbəxt hadisə baş verib. 

meqale.com lente istinadən bildirir ki, hadisə rayonun Mamrux kəndində qeydə alınıb. 

Kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu nəfəs borusuna düşüb.