Fatih Terim üçün vacib gün

Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxacaq.

Fatih Terim üçün vacib gün
Bu gün "Panatinaikos" Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxacaq.

meqale.com qol.az-a istinadən xəbər verir ki, komanda Yunanıstan Superliqasının 16-cı turunda autsayder "Yannina"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bununla da Terim "Panatinaikos"da debüt oyununa çıxacaq.

Qeyd edək ki, "Panatinaikos" hazırda turnir cədvəlində lider PAOK-dan 1 xal geri qalaraq 34 xalla 2-ci yeri tutur. "Gianina" isə 9 xalla sonuncu - 14-cüdür.

Xatırladaq ki, F.Terim 1 həftə əvvəl "Panatinaikos"a baş məşqçi təyin olunub.

23:00. "Panatinaikos" - "Yannina" 

Baş hakim: Panaqiotis Rafail Tsiaras

"Apostolos Nikoloidis Stadium".