Fatih Terimin ilk transferi planı
"Əş-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.
meqale.com oxuya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis "Fənərbağça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.
Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger özü də təklifə isti yanaşır.
"Fənərbağça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.